• Bakı 24° C

    13.19 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Belarus XİN: Minsk Aİ-dən uzaqlaşmır

DÜNYA

25 Noyabr 2025 | 16:28

Belarus XİN: Minsk Aİ-dən uzaqlaşmır

"Respublika özünü Avropa İttifaqından (Aİ) təcrid etmir, əksinə Aİ özünü təcrid edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov deyib.

"Biz özümüzü Avropa İttifaqından təcrid etmirik. Əslində, bu gün biz paradoksal vəziyyətdəyik. Çünki Avropa İttifaqı bizimlə, Rusiya ilə müəyyən qarşılıqlı əlaqələri məhdudlaşdırmaqla özünü təcrid edir", - o, Rusiya və Belarus XİN kollegiyalarının birgə iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Rıjenkov vurğulayıb ki, Belarusun Litva və Polşa ilə sərhədində fəaliyyət göstərən bir neçə sərhəd keçidi “Brestdən Manilaya qədər” bütün Avropa məkanı ilə yeganə birləşdirici əlaqədir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyul 2026
18 Iyul 2026