• Bakı 22° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Belarusun 13 min əsgəri hücum əmri gözləyir

DÜNYA

12 Avqust 2022 | 16:15 | Müəllif: Subhan Mahmudov

Belarusun 13 min əsgəri hücum əmri gözləyir

Belarusun 13 minə qədər xüsusi təyinatlı qüvvələri və OMON-un keçmiş hərbçiləri Ukraynaya qarşı müharibədə iştirak etmək üçün saziş imzalayıb.

Bakıvaxtı.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov deyib.

O bildirib ki, Rusiya Belarusu hələ də müharibəyə cəlb etməyə davam edir:

"Belarus Silahlı Qüvvələrinin artıq 6 batalyonu Ukraynanın dövlət sərhədi boyunca yerləşdirilib".

Qromovun sözlərinə görə, müharibədə iştirak edən belaruslar üçün əsas motivasiya maddi mükafatdır. Çünki rusların hərəkətlərində heç bir ideoloji əsas yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026