• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ruslar mühasirəyə düşməmək üçün Xarkovdan qaçırlar

DÜNYA

11 Sentyabr 2022 | 12:17 | Müəllif: Subhan Mahmudov

Ruslar mühasirəyə düşməmək üçün Xarkovdan qaçırlar

Ukrayna ordusu düşmənin müdafiə xəttini 70 kilometr dərinliyində yarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

“Ukrayna ordusu cəmi 5 gün ərzində 3 min kvadrat kilometr ərazini işğaldan azad ediblər. Bu, Rusiyanın apreldən bəri işğal etdiyi ərazilərdən böyükdür”, - hesabatda bildirilib.

İnstitutu analitiklərinin sözlərinə görə, Ukrayna ordusunun Xarkovdakı hücumu rus ordusunu darmadağın etdi:

“Ruslar qoşunların çıxarılmasını nizamlı şəkildə həyata keçirmirlər, onlar İzyumda mühasirəyə düşməmək üçün Xarkovun cənub-şərq istiqaməti ilə qaçırlar”.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026