Ölkənin 43-cü prezident Corc Buş milyonlarla məxfi sənədi köhnə Çin restoranında gizlədib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. bu iddianı ABŞ-ın keçmiş prezidenti Donald Tramp səsləndirib.
Nevada ştatında keçirilən mitinqdə çıxış edən Tramp FTB-nin onun Floridadakı evinə basqın etdiyini xatırladaraq sənədlərin eks-prezident Corc Buş tərəfindən Çin restoranında gizlədildiyini bəyan edib. O, keçmiş prezidentlər Bill Klinton, Corc Buş və Barak Obama, eləcə də 2018-ci ildə vəfat edən Buş haqqında təhqiqat aparılmasını istəyib.
Florida ştatının keçmiş qubernatoru, Buşun oğlu Ceb Buş tvitterdə “Trampa nə olub?” deyə paylaşım edib. O, atası ilə bağlı şərhlərin çaşqınlıq yaratdığını deyib.
"CNN İnternational"dan Daniel Dale Trampın iddialarının həqiqətəuyğun olmadığını və yalan məlumat ehtiva etdiyini bildirib.
Aytac Aslan
















