Daha bir britaniyalı əsgər Ukrayna ərazisində həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sky Nyus” məlumat yayıb.
Məlumata görə, həlak olan Böyük Britaniya vətəndaşının adı Saymon Linqarddır.
Qeyd edək ki, Ukrayna ərazisində rus qoşunlarına qarşı döyüşən əcnəbilər əsasən Polşa, Rumıniya, Gürcüstan və Şərqi Avropanın digər ölkələrindəndir. Onların arasında amerikalılar, britaniyalılar və kanadalılar da var.(axar)
















