• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya "Ladıjinskaya" hücum etdi

DÜNYA

11 Oktyabr 2022 | 11:30

Rusiya "Ladıjinskaya" hücum etdi

Rusiya Silahlı Qüvvələri (SQ) İran istehsalı olan 2 kamikadze pilotsuz uçuş aparatı ilə Vinnitsa vilayətində yerləşən "Ladıjinskaya" İstilik Elektrik Stansiyasına (İES) hücum edib.

Bakıvaxtı.az  UNIAN-a istinadən xəbər verir ki, bunu Vinnitsa Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Borzov deyib.

O, hadisə yerində müvafiq xilasetmə xidmətlərinin çalışdığını söyləyib.

Hücum nəticəsində istilik elektrik stansiyası sıradan çıxıb. Bundan başqa, ölkənin bir sıra regionlarında, o cümlədən Kiyev, Odessa və Dnepr vilayətlərində hava həyəcanı elan edilib.

Xatırladaq ki, oktyabrın 10-da Ukraynanın bir sıra şəhərləri Rusiya Silahlı Qüvvələrinin raket hücumuna məruz qalıb. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026