• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanlı milyarder məhkəməyə verildi

DÜNYA

11 Oktyabr 2022 | 10:54

Azərbaycanlı milyarder məhkəməyə verildi

Moskva meriyası “Lukoyl” şirkətinin keçmiş prezidenti, Azərbaycan əsilli iş adamı, milyarder Vahid Ələkbərovu məhkəməyə verib.

Bakıvaxtı.az  xəbər verir ki, buna səbəb iş adamının paytaxtın mərkəzində yerləşən evinin damını genişləndirməsi olub.

Rusiyanın ən zənginləri arasında beşinci yerdə qərarlaşan Vahid Ələkbərov Moskvanın mərkəzində yerləşən çoxmərtəbəli binanın damında tikinti layihəsinə başlayıb.

Moskva Şəhər Əmlakı Departamenti hesab edir ki, binanın damında aparılan tikinti piyadalar üçün təhlükə yarada bilər, ona görə də məhkəmədə tikintinin dayandırılması ilə bağlı iddia qaldırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026