• Bakı 16° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Belarusun XİN başçısı Azərbaycana gələcək

DÜNYA

03 Iyul 2023 | 14:18

Belarusun XİN başçısı Azərbaycana gələcək

Belarusun xarici işlər naziri Sergey Aleynik Azərbaycana səfər edəcək.

Belarusun Azərbaycandakı səfirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, XİN rəhbəri Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak edəcək.

Tədbir çərçivəsində Sergey Aleynik digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə də bir sıra ikitərəfli görüşlər keçirəcək.

Xatırladaq ki, Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər iclası keçiriləcək. İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026