Hollivud ulduzu Ben Afflekin oğlu qəza törədib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, 10 yaşlı oğlu Samuel "Lamborghini"nin sükanı arxasına keçərək avtomobili BMW-yə çırpıb.
Məlumata görə, hadisə Afflek oğlu və Cennifer Lopezlə birlikdə Los-Ancelesdə avtomobil salonlarından birində olarkən baş verib. Belə ki, uşaq sükan arxasına keçib və arxa sürət qutusunu işə salaraq, avtomobili dayanmış BMW-yə çırpıb. Hadisə zamanı xəsarət alan olmayıb.
"Avtomobillərə ziyan dəyməyib. Hər şey qaydasındadır", - deyə salonun əməkdaşı bildirib.
Aytac Aslan




jpg-1658953493.webp)




jpg-1658778027.webp)







