İtaliyanın keçmiş Baş naziri 84 yaşlı Silvio Berluskoni xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər veri ki, siyasətçi Milanda xəstəxanaya aparılıb. İlkin məlumatlara görə, Berluskoni koronavirus keçirdikdən sonra xəstəxanaya göndərilib.
Bu, Berluskoninin ilin əvvəlindən üçüncü xəstəxanaya yerləşdirilməsidir. Yanvar ayında müayinədən keçdikdən sonra ürəklə bağlı problemlərini müalicə edib.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















