• Bakı 20° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Beyləqanda avtomobil aşdı: 5 nəfər yaralandı

HADİSƏ

27 Sentyabr 2024 | 20:27

Beyləqanda avtomobil aşdı: 5 nəfər yaralandı

Beyləqan rayonunda minik avtomobilinin aşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Mersedes" markalı minik avtomobili idarə etmədən çıxaraq yolun kənarına aşıb. Hadisə zamanı xəsarət alanlar - Adil Mustafayev, Cahid Mustafayev, Sevinc Mustafayeva, Zeynəb Mustafayeva, Rəvan Məhərrəmov, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara dərhal təcili təxirəsalınmaz lazımi tibbi yardım göstərilib, səhhətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

27 Sentyabr 2024