• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bir gündə bank kartlarından 22 min manat oğurlanıb

CƏMİYYƏT

04 Iyun 2024 | 10:25 | Müəllif: Qalib İbrahimoğlu

Bir gündə bank kartlarından 22 min manat oğurlanıb

Bank kartlarına müdaxilə edərək dələduzluq edən 3 şübhəli şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Verilən məlumata görə, kiber cinayətkarlığın yeni forması müşahidə olunur: "Hər bir vətəndaş diqqətli olmalıdır. İyunun 2-də bank kartı məlumatlarının daxil edildiyi hansısa alış-veriş və xidmət sahələrinə aid olan saytdan vətəndaşın şəxsi məlumatları götürülərək 11205 manat oğurlanaraq naməlum hesaba köçürülüb".

Qeyd olunub ki, iyunun 3-də isə ayrı-ayrı vətəndaşlara məxsus 1350, 700, 220, 3028, 2050, 200, 4800, 68, 95, 100, 8978, 180, 48, 73, 1014, 210, 470, 800 manat pul vəsaitləri isə bank kartı sahibinin şəxsi məlumatları aldadılıb alınmaqla oğurlanıb.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə Bakı şəhərində vətəndaşların bank kartlarına müdaxilə etməklə pul vəsaitlərini oğurluq və dələduzluq yolları ilə talayan 3 nəfər şübhəli şəxs müəyyən olunaraq tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR