• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Birinci sinfə qəbul BU TARİXDƏN BAŞLANACAQ 

CƏMİYYƏT

24 Aprel 2024 | 15:32

Birinci sinfə qəbul BU TARİXDƏN BAŞLANACAQ 

"Mayın 1-dən 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "facebook" hesabı üzərindən keçirdiyi canlı yayımda çıxış edən Agentliyin baş məsləhətçisi Fərid Bilişzadə deyib.

Onun sözlərinə görə, mayın 3-dən etibarən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb və müəllim seçimi) həyata keçiriləcək:

"Mayın 3-dən 17-dək dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Qeydiyyat valideyn (və ya digər qanuni nümayəndə) tərəfindən aparıla
bilər. 7 may tarixindən 30 may tarixinədək dövlət ümumitəhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr təşkil olunacaq. Müsahibə uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə keçirilir. Qeyd edim ki, birinci sinfə sənəd qəbulu 13 sentyabr tarixinədək davam edəcək. Həmçinin tədris digər dillərdə aparılan bölmələr üçün məktəb və müəllim seçimi 12 iyun-13 sentyabr tarixlərini əhatə edəcək".

Qeyd edək ki, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Iyul 2024