• Bakı 11° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Bitkoin ucuzlaşdı

İQTİSADİYYAT

16 Noyabr 2021 | 15:25 | Müəllif: Subhan Mahmudov

Bitkoin ucuzlaşdı

Bu  gün gündüz hərraclarında bitkoinin məzənnəsi 10 faizdən çox azalıb.

Bakıvaxtı.az xəbər verir ki, ən böyük kriptovalyuta birjası olan “Binance”da bitkoin ötən günə nisbətən 10,35 faiz ucuzlaşaraq 59,1 min ABŞ dollarından satılıb. Həmçinin 20-dən çox birjanın orta rəqəmlərini dərc edən “Coin Market Cap” portalına görə gündüz hərraclarında bitkoin 10,04 faiz ucuzlaşaraq 59,2 min dollardan satılıb.

Qeyd edək ki, ötən həftə 69 min dollarlıq tarixi maksimuma çatan bitkoin bu həftənin əvvəlindən bu yana 7 faizdən artıq ucuzlaşıb. Oktyabr ayı ərzində 40 faizədək bahalaşan bitkoin üçün, bu, 2020-ci ilin dekabr ayından bu yana ən böyük artım olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR