• Bakı C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Blinken İŞİD-ə qarşı müharibədən DANIŞDI

DÜNYA

08 Iyun 2023 | 15:51

Blinken İŞİD-ə qarşı müharibədən DANIŞDI

ABŞ dövlət katibi Entoni Blinken İŞİD-ə qarşı müharibənin bitmədiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət katibi Blinken İŞİD-ə qarşı Mübarizə üzrə Qlobal Koalisiyanın Səudiyyə Ərəbistanında keçirilən iclasında bildirib.

"Ekstremistlər yenidən hücumlar təşkil etmək üçün fürsətdən istifadə etməyə çalışırlar. Biz İŞİD-in hədəfində olan ölkələrdə sabitliyi təmin etmək məqsədimizə sadiq qalmalıyıq”, - Blinken vurğulayıb.

Onun sözlərinə görə, İraq və Suriyada qalan əcnəbi İŞİD döyüşçülərinin vətənlərinə təhlükəsiz qayıtması təmin edilməlidir: “Bu, regionda məcburi köçkün düşərgələrində sayının azaldılması üçün vacibdir".

Blinken xəbərdarlıq edib ki, İŞİD döyüşçüləri və onların ailələrinin bölgədəki köçkün düşərgələrində qalmaları qruplaşmanın yenidən dirçəlməsinə səbəb ola bilər.

O, Suriyadakı ən böyük düşərgələrdən biri olan Əl Hol qaçqın düşərgəsinin sökülməsinə çağırıb. Həmin düşərgədə 50 000-dən çox insan var.

Blinken bildirib ki, Vaşinqton "İŞİD-i məğlub etmək və terror bəlasından qurtulmaq" öhdəliyinə sadiqdir. O, beynəlxalq ictimaiyyəti Əfqanıstan və Afrikada terrorizmlə mübarizədə səyləri birləşdirməyə çağırıb:

"Biz İŞİD-in Əfqanıstanda fəaliyyətini bərpa etmək cəhdlərinin üzə çıxmasını izləyirik".


SON XƏBƏRLƏR

28 Mart 2024