20 iyulda İsrailin Yəmənə hücumu nəticəsində 800 min litr yanacaq məhv edilib.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının (WFP) dərc etdiyi hesabatda yer alıb.
İsrailin hücumlarına toxunan hesabatda Hudeyda limanına endirilən hava zərbələri nəticəsində" 800 min litr yanacağın məhv edildiyi qeyd edilib.
Qeyd edək ki, İsrail iyulun 20-də axşam saatlarında husilərin nəzarəti altında olan Qırmızı dəniz sahilində yerləşən Hudeyda limanına hava hücumu həyata keçirib. Yəmən səlahiyyətliləri daha əvvəl hücumda 6 nəfərin öldüyünü, onlarla insanın yaralandığını açıqlamışdı. Hücumdan sonra liman və neft anbarlarda həyatını itirən 9 işçinin də cəsədi tapılıb.
Gülşən Şərif
















