• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Əli Əsədov: "Strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfəyə yaxın üstələyir"

İQTİSADİYYAT

24 Sentyabr 2024 | 18:20 | Müəllif: Subhan Mahmudov

Əli Əsədov: "Strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfəyə yaxın üstələyir"

Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard ABŞ dollarını keçib.

Bakıvaxtı.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.

"Bu göstərici cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun (ÜDM) 100 %-i deməkdir və xarici dövlət borcunu 14 dəfəyə yaxın üstələyir.

Birbaşa xarici dövlət borcumuzun səviyyəsi aşağıdır. Bu il sentyabrın 1-nə bu göstərici 5,3 milyard dollar olmaqla ÜDM-in 7,5%-ni təşkil edib", - deyə o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR