• Bakı 13° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

BMT baş katibi Azərbaycana təşəkkür edib

SİYASƏT

26 Sentyabr 2021 | 09:10 | Müəllif: Subhan Mahmudov

BMT baş katibi Azərbaycana təşəkkür edib

BMT baş katibi Antoniu Quttereş Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə A.Quttereşin ofisi məlumat yayıb.

Qeyd edilir ki, Antoniu Quterreş və Ceyhun Bayramov Qafqazda sülh səylərini və Bakı ilə İrəvan arasında dialoqu müzakirə ediblər.

“Baş katib BMT-nin Ermənistanla Azərbaycan arasında ikitərəfli dialoqa və sülhməramlı səylərə dəstəyini vurğulayıb və beynəlxalq təşkilatın münaqişədən zərər çəkən insanlar da daxil olmaqla, əlavə yardım göstərməyə hazır olduğunu bir daha vurğulayıb”, - xəbərdə deyilir.

Quterrişin ofisində həmçinin əlavə ediblər ki, BMT rəhbəri Azərbaycana Qoşulmama Hərəkətina sədr kimi diplomatik işinə görə təşəkkür edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR