• Bakı 26° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

BMT: İsrail Livanı dərhal tərk etməlidir

DÜNYA

18 Yanvar 2025 | 09:59 | Müəllif: Əli Hüseynov

BMT: İsrail Livanı dərhal tərk etməlidir

BMT İsrailin Livan torpaqlarındakı mövcudiyyətinin qurumun qərarlarını pozduğunu və dərhal geri çəkilməli olduğunu bəyan edib.

Bakıvaxtı.az bu barədə "Reuters"ə istinadla xəbər verir.

Məlumata görə, BMT Təhlükəsizlik Şurasının toplantısında Livan və İsrail arasındakı atəşkəsin davamlı olduğu vurğulanıb.

BMT rəsmisi Jan-Pyer Lakrua İsrail ordusunun Livandan çıxmasını tələb edən planın təqdim olunduğunu və 60 günlük müddətin bitməsinə baxmayaraq, İsrailin hələ də bölgədəki fəaliyyətlərini davam etdirdiyini bildirib.

Həmçinin, İsrailin bəzi tikililəri və əraziləri məhv etdiyi, hava hücumları təşkil etdiyi qeyd olunub.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026