"Birləşmiş Millətlər Təşkilatı Şimali Kiprdə tərəfsizliyini itirir".
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Pile-Yiğitler yolunun əngəllənməsi hüquqi və insani cəhətdən düzgün deyil. BMT-nin atdığı addımlar bölgədəki gərginliyin artmasına səbəb olur” – deyə Ərdoğan qeyd edib.
















