• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

BMT Şimali Koreyaya çağırış etdi

DÜNYA

27 Noyabr 2023 | 23:36

BMT Şimali Koreyaya çağırış etdi

Birləşmiş Millətlər Təşkilatı (BMT) Şimali Koreyanı nüvə silahı və ballistik raket proqramlarını davam etdirməkdən çəkinməyə çağırıb.

Bakıvaxtı.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Xalid Xiari məlumat verib.

"Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq nüvə silahları və ballistik raket proqramlarını davam etdirmək niyyətini davamlı olaraq nümayiş etdirir", - Xiari deyib.

Qeyd edək ki, bu gün Şimali Koreya nüvə silahının artırılması ilə bağlı konstitusiya dəyişikliyini qəbul edib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024