• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Boris Conson çıxışında Trampı dəstəkləyib

DÜNYA

21 Yanvar 2024 | 21:31 | Müəllif: Subhan Mahmudov

Boris Conson çıxışında Trampı dəstəkləyib

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Donald Trampı ABŞ-ın növbəti prezidenti kimi dəstəkləyərək iddia edib ki, mübahisəli keçmiş olan lider hazırda "dünyanın ehtiyac duyduğu kəs" ola bilər - əgər Tramp Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləsə.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Politico məlumat verib.

"Biz hamımız böyüməli və bu perspektivə alışmalıyıq. Əgər o, düzgün iş görsə və ukraynalıları dəstəkləsə - və inanıram ki, edəcək - Trampın prezidentliyi dünya üçün böyük qələbə ola bilər", - deyə keçmiş Britaniya lideri cümə günü həftəlik Daily Mail köşəsində yazıb.

Conson öz köşə yazısında xatırladıb ki, Tramp 2018-ci ildə Kiyev uğrunda döyüşdə həlledici rol oynayan "Javelin" tank əleyhinə silahı Ukraynaya verən ilk ABŞ prezidenti olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR