• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Borrell: Orban Gürcüstana səfərində Aİ-ni təmsil etmir

DÜNYA

28 Oktyabr 2024 | 15:53

Borrell: Orban Gürcüstana səfərində Aİ-ni təmsil etmir

Bu gün Gürcüstana səfər edən Viktor Orban Avropa İttifaqını (Aİ) təmsil etmir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell İspaniya mətbuatına müsahibəsində bildirib.

    “Bu gün Macarıstanın Baş naziri çox yaxın olduğu Gürcüstan hökumətini dəstəkləmək üçün Gürcüstana gedir. Cənab Orban Gürcüstana səfəri zamanı nə deyirsə desin, o, Avropa İttifaqını təmsil etmir”, - Cozef Borrel bildirib.

    Qeyd edək ki, Macarıstanın baş naziri, Avropa İttifaqı Şurasının sədri Viktor Orban bu gün Gürcüstana rəsmi səfərə gələcək.APA


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026