• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Borussiya” Bellinqemin transferini elan etdi

İDMAN

07 Iyun 2023 | 19:43

“Borussiya” Bellinqemin transferini elan etdi

Cud Bellinqem artıq rəsmi olaraq “Real Madrid” oyunçusudur.

Bakıvaxtı.az xəbər verir ki, Dortmund “Borussiya”sı 19 yaşlı yarımmüdafiəçini “Real Madrid”ə transfer etmək üçün razılaşdığını açıqlayıb.

İngiltərəli yarımmüdafiəçi üçün Bundesliqa klubu 103 milyon avro + bonuslar alacaq.

Cud Bellinqem “Real Madrid” ilə 6 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Bellinqem 2020-ci ilin iyulunda “Birminqem”dən 25 milyon avroya Dortmund klubuna keçib.

Almaniyada üç mövsüm ərzində ingilis futbolçu 132 oyun keçirib, 24 qol vurub, 25 məhsuldar ötürmə verib, 32 sarı və 1 qırmızı vərəqə alıb.


SON XƏBƏRLƏR

26 Aprel 2024