Böyük Britaniya İsrasil və İrana qarşı yeni sanksiya tətbiq edib.
Bakıvaxtı.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun üç üzvünə sanksiyalar tətbiq edilib. SEPAH-Qüds qüvvələrinin yüksək rütbəli bölmə komandiri Benham Şəhriyari, İranın kosmik agentliyinin keçmiş rəhbəri və SEPAH Qüds qüvvələrinin bölmə komandiri Həmid Fazeli və SEPAH generalı Əbdülfəttah Ənvazian sanksiya tətbiq olunan şəxslər arasında yer alırlar.
O cümlədən, İsrailə bəzi silahların satışını dayandırıb.
Bu barədə Britaniyanın xarici işlər naziri Devid Lammi Parlamentin İcmalar Palatasında çıxışında deyib. O bildirib ki, qərar Böyük Britaniyanın silah ixracı lisenziyalarının nəzərdən keçirilməsindən sonra verilib və bu lisenziyaların beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması riski yaratması müəyyən edilib.
Nazir təxminən 350 lisenziyadan 30-nun dayandırılacağını açıqlayıb və vurğulayıb ki, bu, ümumi qadağa və ya silah embarqosu deyil: “Belə bir münaqişə ilə üzləşərkən, ixrac lisenziyalarını yenidən nəzərdən keçirmək Böyük Britaniya hökumətinin hüquqi öhdəliyidir. Təəssüf ki, bu gün aldığım qiymətləndirməyə əsasən, İsrailə bəzi Böyük Britaniya silahlarının ixracı beynəlxalq humanitar hüququn ciddi pozulması riskini daşıyır”,- deyə nazir deyib.
Qeyd edək ki, Böyük Britaniya İsrailə birbaşa silah tədarük etmir, lakin yerli şirkətlərin silah satması üçün ixrac lisenziyaları verir.
















