• Bakı 35° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Nəsrullahın kürəkəni həlak oldu

DÜNYA

03 Oktyabr 2024 | 09:08

Nəsrullahın kürəkəni həlak oldu

İsrailin Suriyanın paytaxtı Dəməşqə endirdiyi raket zərbəsi nəticəsində “Hizbullah”ın sabiq lideri Həsən Nəsrullahın kürəkəninin həlak olduğu bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, ərəb və Livan mətbuatında dərc olunan xəbərə görə, dünən Dəməşqin Məzzə bölgəsində 3 mərtəbəli binaya raket zərbələrinin endirilməsi nəticəsində Nəsrullahın kürəkəni Həsən Qasir həlak olub.

Qasir həm də dünən İsrail ordusunun Livanın paytaxtı Beyruta endirdiyi aviazərbələr zamanı öldürülən “Hizbullah”ın yüksək rütbəli komandiri Məhəmməd Cəfər Qasirin qardaşıdır.

Xəbərdə qeyd olunur ki, Dəməşqə endirilən zərbələr nəticəsində azı 3 nəfər ölüb, çoxlu sayda yaralı var.


SON XƏBƏRLƏR

12 Iyul 2025