• Bakı 24° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Moldova görünməmiş bir hücumla üzləşib - Baş nazir

DÜNYA

02 Noyabr 2024 | 00:42 | Müəllif: Subhan Mahmudov

Moldova görünməmiş bir hücumla üzləşib - Baş nazir

Moldova görünməmiş hücumla üzləşib. Bütün ölkədə insanlar anonim zənglərlə ölüm təhdidləri alırlar”.

Bakıvaxtı.az “tv8.md” saytına istinadla xəbər verir ki, bu fikri Moldovanın Baş naziri Dorin Reçan söyləyib.

“Jurnalistlər, tanınmış şəxsiyyətlər və sadə vətəndaşlar təhdidlər alıblar”, - deyə Baş nazir əlavə edib.

Dorin Reçan əmin edib ki, dövlət orqanları asayişi və vətəndaşların təhlükəsizliyini təmin edəcək.

“Biz birik və güclüyük. Moldova özünü müdafiə edəcək. Biz seçkilərə inamla gedirik”, - deyə Baş nazir bildirib.

Qeyd edək ki, noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək. Moldovanın hazırkı prezidenti Maya Sandu və sosialist namizəd Aleksanda Stoyanoqlo prezident kürsüsü uğrunda mübarizə aparacaqlar.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR