İranın Hərbi Hava Qüvvələri özəl mərasimlə iki “Suxoy” (Su-35) qırıcısını qəbul edib.
Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, döyüş təyyarələrinin hissələri ayrılaraq, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Tehranın Mehrabad hava limanına aparılıb və oradan Həmədan şəhəri yaxınlığındakı bazaya daşınıb.
“İran İnternəşnl” yazır ki, Tehran İsfahandakı F-14 təyyarələrini əvəz etmək üçün yalnız “Suxoy”dan istifadə etmək niyyətindədir. İranın Su-35 sifarişi artıq 25-dən 50-yə yüksəlib.