• Bakı C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.7778

    RUB - 1.8586

"Böyük Dəbilqə": Azərbaycanın dörd cüdoçusu finala yüksəlib

İDMAN

15 Fevral 2025 | 17:01

Böyük Dəbilqə: Azərbaycanın dörd cüdoçusu finala yüksəlib

 Bakıda təşkil olunan "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın dörd cüdoçusu finala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, 73 kq çəkidə yarışan Rəşid Məmmədəliyev finalda yaponiyalı cüdoçu Tatsuki İşihara ilə üz-üzə gələcək.

Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal uğrunda digər Yaponiya idmançısı Ryuqa Tanaka ilə üz-üzə gələcək.

Zelim Tçkayev (81 kq) qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə qarşılaşacaq. Bu çəkidə digər cüdoçumuz Ömər Rəcəbli isə üçüncü yer üçün bəhreynli Askerbyi Qerbekovla tatamiyə çıxacaq.

Qeyd esək ki, final qarşılaşmaları saat 17:00-da başlayacaq.


SON XƏBƏRLƏR

18 Fevral 2025