• Bakı 14° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Britaniya kralı İngiltərə millisinə dəstək oldu

İDMAN

13 Iyul 2024 | 15:06 | Müəllif: Gülşən Şərif

Britaniya kralı İngiltərə millisinə dəstək oldu

Böyük Britaniya kralı III Çarlz məşhur britaniyalı aktyor İdris Elba ilə birlikdə sabah Avro-2024-ün İspaniya ilə final matçından əvvəl İngiltərə yığmasına dəstək məqsədilə keçirilən tədbirdə iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Onlar Müqəddəs Ceyms Sarayının ərazisində olarkən İngiltərə millisinin formaları ilə fotolar çəkdiriblər. 

Bundan əvvəl III Çarlz Niderland ilə yarımfinal oyununda 2:1 hesablı qələbədən sonra İngiltərə millisini təbrik etmişdi.

Xatırladaq ki, Avro-2024-ün finalı Berlindəki “Olimpiastadion”da keçiriləcək. Qarşılaşmanın baş hakimi Fransua Leteksier olacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026