• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Britaniyada koronavirusunun yeni variantı aşkar edildi

DÜNYA

19 Avqust 2023 | 00:09

Britaniyada koronavirusunun yeni variantı aşkar edildi

Britaniyada koronavirusunun yeni BA.2.86 variantı aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, həmin virusun 30-dan çox mutasiyasının olduğu bildirilir.

Bu barədə ölkənin Səhiyyə Təhlükəsizliyi Agentliyinin rəis müavini Mira Çand məlumat verib.

“Böyük Britaniyada BA.2.86 müəyyən edilib. Agentlik vəziyyətlə bağlı qiymətləndirmələr aparır və vəziyyətin gedişatına uyğun olaraq əlavə məlumat veriləcək”, - deyə o qeyd edib.

Qeyd edək ki, COVID-in bu variantı ilk dəfə İsraildə, sonra isə Danimarka və ABŞ-də aşkarlanıb.

London Universitet Kollecinin Genetika İnstitutu qeyd edib ki, koronavirusun yeni variantının “Delta” və ya “Omicron” qədər ölümcül olması ehtimalı azdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026