• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Britaniyanın yeni baş naziri Liz Truss kimdir?

DÜNYA

05 Sentyabr 2022 | 16:38

Britaniyanın yeni baş naziri Liz Truss kimdir?

Boris Consonun gedişindən sonra Liz Truss Britaniyanın yeni baş naziri oldu.

Əvvəllər Nazirlər Kabinetində mühüm vəzifələrdə çalışan Truss son olaraq Britaniyanın xarici işlər naziri olub. Bəs Britaniyanın yeni baş naziri Liz Truss kimdir?

Bakıvaxtı.az xəbər verir ki, Böyük Britaniyanın Boris Consonu əvəzləyəcəyi məlum olub. Partiyanın lider kürsüsünə seçilən Liz Truss həm də ölkənin yeni baş naziri oldu.

Mühafizəkarlar Partiyasının lideri olan Liz Truss 2021-ci ildən etibarən Böyük Britaniyanın xarici işlər naziridir. 47 yaşında, yəni 2016-2017-ci illərdə Böyük Britaniya Ədliyyə Nazirliyinin Lord Ali Kansleri vəzifəsində çalışıb.

2019-cu ildə Qadın və Bərabərlik Naziri olan Truss oradakı vəzifəsindən sonra 2021-ci ildə ölkənin Xarici İşlər Naziri olub.

Boris Consonun vəzifədən getməsindən sonra mühafizəkar partiyanın liderliyinə ən güclü iki namizəddən biri olan Liz Truss seçkilərdə ipi çəkərək partiyasının lider kürsüsünü tutmaqla yanaşı həm də ölkənin yeni baş naziri oldu.

Mühafizəkarlar Partiyasının üzvü kimi Truss Baş nazir Devid Kemeron, Tereza Mey və Boris Consonun hökumətlərində müxtəlif kabinet vəzifələrində çalışıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026