Qırğızıstan parlamentinin yeni sədri vəzifəsinə Nurlanbek Şakiyev seçilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, onun namizədliyini 80 deputat dəstəkləyib.
N.Şakiyev bu vəzifədə bu gün səhər saatlarında istefa vermiş Talant Mamıtovu əvəz edəcək.
10:25
Qırğızıstan parlamentinin sədri Talant Mamıtov istefa verib.
Bu barədə Bakıvaxtı.az “Sputnik-Qırğızıstan”a istinadən xəbər verir.
O, öz istəyi ilə istefa verdiyini açıqlayıb.
















