• Bakı 26° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“Broker Əbülfəz” ev dustaqlığına buraxıldı

CƏMİYYƏT

20 Fevral 2023 | 12:38

“Broker Əbülfəz” ev dustaqlığına buraxıldı

Səbail Rayon Məhkəməsi "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovla bağlı qərar verib.

Bakıvaxtı.az xəbər verir ki, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Ə.Məlikov ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində həbs edilmişdi.

Şirkət rəhbəri barəsində Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdı. /Unikal.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026