• Bakı 22° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bruneyin Sultanı İlham Əliyevi təbrik etdi

SİYASƏT

02 Iyun 2022 | 16:16

Bruneyin Sultanı İlham Əliyevi təbrik etdi

Bruneyin Sultanı Hacı Həssənal Bolkiah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikasının hökumətinə və xalqına təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bruney ilə Azərbaycan Respublikası mehriban dostluq münasibətlərini uğurla davam etdirirlər. Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında birgə səylərimiz də daxil olmaqla, ikitərəfli və beynəlxalq əməkdaşlığımızı möhkəmləndirmək üçün bundan sonra da Sizinlə birlikdə çalışmaq arzusundayam.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və rifah diləyirəm.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026