• Bakı 10° C

    5.02 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Əli Əsədov İordaniya Senatının sədri ilə görüşdü

SİYASƏT

01 Iyul 2022 | 17:02

Əli Əsədov İordaniya Senatının sədri ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 1-də İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, görüşdə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin Bakıda keçirilən iclasının əhəmiyyəti vurğulanıb.

Azərbaycan-İordaniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla qeyd edilib. İki ölkənin beynəlxalq təşkilatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq etdikləri diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan ilə İordaniya arasında ticarət-iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR