"İşğaldan azad edilmiş torpaqlarda inşa edilən aeroportlar bir tək hava limanı deyil, həm də hərbi-strateji infrastrukturun tərkib hissəsidir".
Bakıvaxtı.az xəbər verir kİ. bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
“Hava limanı korrupsiya mənbəyidir, pul silirlər” deyənlərə gülməyim gəlir, sanki onlar hökumətin bütün layihələrinə tam nəzarət edə, korrupsiyanın qarşısını tam ala biliblər, bir tək hava limanları qalıb" deyən N.Cəfərliyə görə, çox güman, bu aeroportlar Azərbaycanın qurduğu “de-fakto” və “de-jure” ittifaqlarla birgə alınmış qərar, bölgənin təhlükəsizlik konsepsiyasına uyğun olan infrastruktur layihələridir, bu adla qurulması mümkün beynəlxalq neqativ reaksiyaları önləmək üçün daha məqbul, daha yaxşıdır.
"Məsələyə bir də bu yandan baxmağı öyrənək - bu pəncərədən baxaraq Zəngilan Hava Limanına xeyirli-uğurlu olsun deyirəm...", - deyə ekspert bildirib.
Aytac Aslan






jpg-1668837921.webp)









