• Bakı 10° C

    7.33 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

Bu agentlikdə rəhbər vəzifəyə təyinat

CƏMİYYƏT

13 Aprel 2026 | 14:45

Bu agentlikdə rəhbər vəzifəyə təyinat

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində yeni təyinat olub.

Bakıvaxtı.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Mehman Nəsibov agentliyin Rəqəmsal Həllər şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, M.Nəsibov 2009-cu ildən Agentlikdə çalışır. O, bu illər ərzində baş məsləhətçi, şöbə müdiri vəzifələrində işləyib. M.Nəsibov ötən il Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.


SON XƏBƏRLƏR