• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu ailələr “buster” dozanı mütləq vurdurmalıdır - Həkim

CƏMİYYƏT

24 Fevral 2022 | 12:01 | Müəllif: Qalib İbrahimoğlu

Bu ailələr “buster” dozanı mütləq vurdurmalıdır - Həkim

Fevraldan 15-dən etibarən 3-cü doza vaksin vurdurmayan şəxslər bir çox məkana buraxılmır. Ancaq buna baxmayaraq, hələ də vaksin vurdurmaq istəməyən, yayınan insanlar var. Səbəb olaraq isə “buster” dozadan ehtiyat etdiklərini və ya buna ehtiyac duymadıqlarını deyirlər.

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, şəxslər 1-ci və 2-ci doza vaksin olunublarsa, son 6 ay ərzində virusa yoluxmayıblarsa, “buster” dozanı vurdurmalıdırlar. Həkimin sözlərinə görə, xüsusən də, ailədə yanaşı xəstəliyi olan və yaşlı adamlar varsa, bu ailənin üzvləri mütləq “buster” dozanı vurdurmalıdır.

M.Əliyev vurğulayıb ki, ailədə kimsə yoluxubsa,  risk qrupuna daxil olan şəxsi də yoluxdura bilər: “Bu, onun üçün ölümcül ola bilər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026