• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DƏHŞƏT: İnsan qanında plastik qalıqları aşkarlandı

CƏMİYYƏT

26 Mart 2022 | 05:08 | Müəllif: Qalib İbrahimoğlu

DƏHŞƏT: İnsan qanında plastik qalıqları aşkarlandı

Amsterdam Universitetinin alimləri ilk dəfə olaraq insan qanında mikroplastiklər aşkar ediblər.

Bakıvaxtı.az-ın məlumatına görə, yeni kəşf sübut edir ki, hissəciklər bədəndə hərəkət edərək müxtəlif orqanlarda yerləşə bilər.

Tədqiqatçılar 22 anonim donordan alınan qan nümunələrini analiz edib və onlardan 17-də ölçüsü 0,0007 mm-ə qədər kiçik olan plastik hissəciklər tapıblar.

Nümunələrin yarısında, adətən içki şüşələrində istifadə olunan PET plastik, üçdə birində isə qida qablaşdırmasında istifadə edilən polistirol var (medicina.az). Qan nümunələrinin dörddə birində plastik torbaların hazırlanmasında istifadə edilən polietilen aşkar olunub. Bəzi nümunələrdə isə iki və ya üç növ plastik cəmləşib.

Qeyd edək ki, mikroplastiklərin insan sağlamlığına təsiri hələ də məlum deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026