"Bu gün oxudum ki, Azərbaycanda sperma bankı yaradılır və qadınlar evlənmədən ana olmağa qərar verəcək".
Bakıvaxtı.az xəbər verir ki, bunu keçmiş deputat Gülər Əhmədova deyib.
Onun sözlərinə görə, bu qərarı verən adamlar humanizm və qadınlara seçim hüququ tanımaq adı altında günah və cinayət ( bacı qardaşın evlənməsi cinayət isə) işləyirlər.
"Birincisi, bu uşaqlar vələdizina olacaqlar. Kəbindən kənar doğulan uşaqlar. Vələdizinadan bu cəmiyyət nə gözləyir, onu da bilmirəm.
İkincisi, atası, anası bəlli xeyli yetim var. Savab iş görüb, onlara analıq etsinler".
Əhmədova deyib ki, üçüncüsü, ən qorxulusu, bu uşaqlar gələcəkdə bacı qardaş olaraq evlənəcək: "Düşünün, necə xəstə millətə cevriləcəyik".
Onun sözlərinə görə, dördüncüsü, bu işdə böyük pullar qazanmaq istəyənlər, o pullar irin-qan olub həm özünüzün, həm də övladlarınızın burnundan gələcək.
"Beşincisi, əminəm ki, nə Prezident, nə də Vitse-prezident bilmir. Amma təcili bilmələri lazımdır", - deyə Gülər Əhmədova qeyd edib.
















