Qış aylarında baş verən xəstəliklərə və mövsümi epidemiyalara qarşı dərmanlardan istifadə orqanizmin təbii müqavimətini azaldır. Ancaq bu təbii bitki çayları sayəsində xəstəliksiz bir qış keçirə bilərsiniz.
Bakıvaxtı.az xarici mediaya istinadən xəstəliklərdən qoruyan çayları təqdim edir;
Cökə: Qış aylarının ən məşhur bitki çayı olan cökə istənilən xəstəliyin sağalmasına kömək edir. Cökənin müntəzəm istifadəsi təbii antioksidantla dolu quruluşu ilə sizi xəstəliklərdən qoruyur. Bazal maddələr mübadiləsini sürətləndirən cökə köp və toksinləri bədəndən çıxararaq immunitet sistemini də gücləndirir. Cökəni balla qarışdırdıqda boğazın qıcıqlanmasını da aradan qaldırır.
Şüyüd: Təbii antioksidan mənbəyi olan şüyüd çayının tərkibində A, B, C və D vitaminləri var. Şüyüd çayı soyuqdəymə əlamətlərini yatıran və orqanizmin immun sistemini gücləndirən təbii çaylardandır. İnfeksiyalardan qurtulmanıza kömək edən şüyüd çayını müntəzəm içdiyiniz zaman qış boyu xəstəliklərdən uzaq qala bilərsiniz. İstəyirsinizsə, şüyüd çayını limon və bal ilə dadandıraraq faydalarını artıra bilərsiniz.
İtburnu: İtburnu immunitet sisteminə dost olan C vitamini ilə zəngindir. Vitamin C bədəndəki ağ qan hüceyrələrini stimullaşdıran, ağciyərləri zərərli toksinlərdən təmizləyən vitamindir. Bu sayədə itburnu yuxarı tənəffüs yolları xəstəliklərinin yaranmasının qarşısını alır və astma xəstəliyinə də yaxşı gəlir. İtburnu çayı dəmlənərkən onu qısa müddətə dəmləyib təzə halda istehlak etmək vacibdir. İstəsəniz, C vitamininin başqa bir qaynağı olan limonla birlikdə istifadə edərək itburnu çayının faydalarını qat-qat artıra bilərsiniz.
Zəncəfil: Həzm sistemini rahatlaşdıran komponentləri ilə zəncəfil qış boyu özünüzü xəstəliklərdən qorumağa və sağlam şəkildə arıqlamanıza kömək edir. Antioksidant xüsusiyyətləri ilə köpü azaldan zəncəfil çayı yuxarı tənəffüs yollarının xəstəliklərinin qarşısını alır. Zəncəfil çayının müntəzəm istifadəsi qış aylarında burun axması, öskürək və boğaz ağrılarından qorunmağa kömək edir.
Darçın: Daha çox ədviyyat olaraq istehlak edilən darçının bitki çayı kimi istehlakı da qış aylarında xəstəliklərdən qorunmağa kömək edir. İnfeksiya riskini azaldan və immuniteti gücləndirən darçının çubuq şəklində qəbul edib qaynadıb çaya əlavə edərək faydalarından yararlana bilərsiniz. Darçınlı çay qış aylarında tez-tez rast gəlinən xəstəliklərə qarşı bədənin müqavimətini artırır.
Çobanyastığı: Bədəni rahatlaşdıran çobanyastığı çayı xəstəliklərə qarşı da təbii qalxan təmin edir. Xüsusilə qış aylarında antimikrob xüsusiyyətləri ilə infeksiya və iltihabın qarşısını alır. Çobanyastığı çayının burun tıkanıklığı və boğaz ağrılarını aradan qaldırdığı bilinir. Davamlı istifadə edilərsə, qrip, soyuqdəymə kimi xəstəliklərin qarşısını alır.
Ay Tac
















