"Səni axtarıram" fərqlidir, orada gülə də bilmirsən. O qədər dərdli insanlar var ki... "Günaydın, Azərbaycan" isə fərqlidir".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı deyib. O bildirib ki, yeni verilişində tamaşaçı qarşısına ev geyimləri ilə çıxır:
"Bezmişəm geyimlərdən. Bu verilişdə isə demişəm, mağazadan geyim gətirməyin. Evdə nə var, onu geyinib çıxacağam. Bu dəbi də gətirdim, mağaza paltarı olmayacaq. Səmimiyyət olsun. Burada da hündürdaban, kostyumlar oldusa, nədir?".
Hidayətqızı çəkisinin 49 kiloqram olduğunu söyləyib.
















