• Bakı 20° C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Bu, Ermənistanın yalançı təbliğatıdır - RƏSMİ

SİYASƏT

21 Mart 2023 | 18:47

Bu, Ermənistanın yalançı təbliğatıdır - RƏSMİ

“Laçın-Xankəndi yolunun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenlə telefon danışığında deyib.

Telefon danışığı əsnasında Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunub. Dövlətimizin başçısı qeyd edib ki, ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4700-dən artıq nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidi təmin olunub. Buna görə də bu yolun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır.


SON XƏBƏRLƏR