Bazar ertəsi axşamları ATV-də nümayiş olunan "Kalb yarası" serialı finala gedir.
Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, çəkilişləri Hatayda davam edən serialın bu həftə 28-ci seriyası ekrranlara çıxıb. "Kalb yarası" 4 seriyadan sonra - 32-ci seriyada izləyicilərinə vida edəcək.
Qeyd edək ki, serialda Gökhan Alkan, Yağmur Tanrısevsin, Merve Çağıran və Toprakcan Adıgüzel baş rol ifaçılarıdır.
Aytac Aslan
















