Bu gün Azərbaycanda ikinci Qədr (Əhya) gecəsidir.
Bakıvaxtı.az Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi cədvələ istinadən xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecəyə təsadüf edib.
İkinci Qədr gecəsi isə Ramazan ayının 20-dən 21-nə geçən gecə olacaq.
Ramazan ayının 22-dən 23-nə keçən gecə üçüncü Qədr gecəsi, ayın 26-dan 27-nə keçən gecə isə sonunsu Qədr gecəsi olacaq.
Qeyd edək ki, Qədr gecəsi Quranın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.
Aytac Aslan
















