• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

Bu marşrut üzrə əlavə qatar reysləri təyin edilib

CƏMİYYƏT

08 Oktyabr 2024 | 13:05

Bu marşrut üzrə əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 12 və 13 oktyabr tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

    Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkün olacaq.

    Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, qurumun saytından (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.


    SON XƏBƏRLƏR