Azərbaycan məktəblərindən birində qızılcaya kütləvi yoluxma halı müşahidə edilib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, yoluxma Kürdəmir rayonu M.Seyidov adına Qurdlar kənd ümumi orta məktəbində olub. Belə ki, aldığımız məlumata görə, məktəbdə təhsil alan şagirdlərdən bir neçəsindən başqa bütün məktəblilər qızılcaya yoluxub.
Qeyd edək ki, yoluxmayanların çoxu daha əvvəl xəstəliyi keçirənlərdir.
Hazırda müəllimlər dərsdədir, məktəb bağlanmayıb, qızılcalı şagirdlər evdə karantində saxlanılır.
Məsələylə bağlı Kürdəmir rayonu M.Seyidov adına Qurdlar kənd ümumi orta məktəbinin direktoru Abdurrahman Umudov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, məktəbdə 15 uşaq var: "Onlardan 4-5-i qızılcaya yoluxub. Direktor məktəbdə dərslərin davam etdiyini deyib.
Onun sözlərinə görə, yoluxan uşaqlar fərqli siniflərdəndir: “Qızılcaya yoluxan şagirdlər məktəbə gəlmirlər. Mən valdeynlərlə əlaqə saxlayıram, yoluxan uşaqların səhhəti normaldır”.
Aytac Aslan

















