• Bakı 25° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Bu məmur küçə itlərinin yempulunu mənimsədi

CƏMİYYƏT

10 Iyun 2026 | 15:19

Bu məmur küçə itlərinin yempulunu mənimsədi

Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) yeyintidə ittiham olunan vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

İş üzrə üç nəfər - MKTİB rəisi Məhərrəm Əliyev, qurumun baş mühasibi Qurbanxan İsgəndərov və şirkət rəhbəri Yaşar Heydərov mühakimə edilib. Onlar üçü də azadlıqdadır.

İttihamda yazılıb ki, təqsirləndirilən şəxslər onlara etibar edilmiş 73 min manatdan artıq dövlət vəsaitini mənimsəyiblər. Həmin pullar müxtəlif adlarla silinib. Məsələn, süpürgəçilərin maaşı, çayxana tikilişi və sair.

Amma ən maraqlı epizod isə başqadır. İş materiallarına əsasən, 73 min manatın 11 min 840 manatı sahibsiz itlərə yem alınması adı ilə “oğurlanıb”. Bu vəsait ayrı-ayrı vaxtlarda Yaşar Heydərovun şirkətinə köçürülüb. Amma küçə itlərinə həmin pullardan yem çatmayıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR