• Bakı 28° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Bu mərkəz koronavirusa görə bağlandı

CƏMİYYƏT

25 Yanvar 2022 | 13:24 | Müəllif: Qalib İbrahimoğlu

Bu mərkəz koronavirusa görə bağlandı

Bakıda əlillərin müalicə aldığı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzi koronavirusa görə bağlanıb.

Bakıvaxtı.az report-a istinadla bildiri ki, son günlər müəssisədə müalicə alan bir neçə şəxsdə COVID-19 virusu aşkarlanıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, virusun yayılmaması üçün müəssisəyə qəbul yanvarın 31-dək dayandırılıb: "Hazırda mərkəzdə profilaktik tədbirlər görülür və dezinfeksiya işləri aparılır. Qeyd olunan tarixdən sonra yenidən qəbula başlanacaq".

Qeyd edək ki, 50 çarpayılıq mərkəzdə əlilliyi olan şəxslər həm stationar, həm ambulator qaydada tibbi-sosial reabilitasiya xidmətləri ilə təmin olunurlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026